Millimiz bu dəfə Özbəkistan seçməsinə qalib gəlib

23 Yanvar, 13:00 Sosial mediada paylaşın:
DÇ-2020-nin elit-raund mərhələsinə hazırlığını Bakıda davam etdirən futzal üzrə Azərbaycan milli komandası dünən Özbəkistan seçməsi ilə ikinci yoldaşlıq görüşünü keçirib. İlk oyunda asiyalılara 2:3 hesabı ilə məğlub olan Joze Alesionun yetirmələri bu dəfə meydanı qələbə ilə tərk edib – 4:3.Xatırladaq ki, millimiz yanvarın 13-dən Bakıda başladığı təlim-məşq toplanışını bu ardıcıl matçlardan sonra başa vuraraq yanvarın 24-dən 25-nə keçən gecə Xorvatiyanın Osiyek şəhərinə yollanacaq.
Beynəlxalq yoldaşlıq görüşü
22 yanvar
20:00. Azərbaycan - Özbəkistan - 4:3
Qol: Oliveira Da Nascimento “Vassora”, 3, Thiago Telles Martins “Bolinha”, 13, Eduardo, 15, İsa Atayev, 36 - İlhamjon Hamroev, 10, İxtiyar Ropiyev, 26, Sunnatilla Jorayev, 29
Qırmızı vərəqə: Əkbər Usmanov, 36
Azərbaycan: 12. Rovşən Hüseynli, 3. Thiago Telles Martins “Bolinha”, 10. Oliveira Da Nascimento “Vassoura”, 6. Eduardo, 13. Amir Shojaei, 1. Emin Kürdov (GK), 5. Tofiq Mikayılov, 7. Ramiz Çovdarov, 8. Rizvan Fərzəliyev (K), 11. Xətai Bağirov, 14. Hadi Ahmadi, 16. Jonathan Luiz De Angelis “Batton”, 17. İsa Atayev, 20. Eshagh Soorghali
Baş məşqçi: Joze Alesio
Özbəkistan: 1. Rustam Umarov (K), 2. Anasxon Rahmatov, 4. İxtiyar Ropiyev, 3. Maşrab Adilov, 6. İlhamjon Hamroev, 12. Ravşan Eliboyev (GK), 8. Husniddin Nişonov, 7. Dilşod Rahmatov, 9. Ravşan İsmatullaev, 11. Əkbər Usmanov, 15. Sunnatilla Jorayev, 14. Konstantin Sviridov, 5. Javlon Anorov, 13. Abdulla Solihov, 10. Xuşnur Erkinov
Baş məşqçi: Bahodir Ahmedov