"Tottenhem"in futbolçuları Mourinyodan narazıdır

23 Yanvar, 12:00 Sosial mediada paylaşın:
“Tottenhem”in futbolçuları Joze Mourinyonun fəaliyyətindən narazıdır.
Böyük Britaniyanın “The Sun” nəşrinin məlumatına görə, komandanın aparıcı oyunçuları portuqaliyalı mütəxəssisin məşq metodunu bəyənmir. Futbolçuların fikrincə, Mourinyonun məşq üslubu çox köhnəlib. Bu isə komandanın uğursuz çıxış etməsinə əsas səbəbdir. Halbuki, Maurisio Poçettinonun dövründə komanda müasir tələblərə cavab verən məşq prosesi keçirdi.