Kasilyas federasiya prezidenti ola bilər

23 Yanvar, 11:00 Sosial mediada paylaşın:
“Portu”nun qapıçısı İker Kasilyas İspaniya Kral Futbol Federasiyasının prezidentliyinə namizədliyini irəli sürə bilər.
Bu barədə “Marca” nəşri məlumat yayıb. Mənbənin yazdığına görə, İspaniya Futbolçuları Assosasiyası millinin sabiq qapıçısının namizədliyini dəstəkləyir. Xatırladaq ki, yaxın günlərdə İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales məhkəmə qarşısına çıxacaq. Belə ki, federasiya prezidenti qadına qarşı güc tətbiq etməsinə görə ittiham olunur. Kasilyasa gəlincə, 38 yaşlı qapıçı ötən ilin may ayında məşqdə infarkt keçirib və həmin tarixdən bəri bərpa kursu keçdiyinə görə hələ də meydana çıxa bilməyib.
Onun yaxın vaxtlarda karyerasını bitirəcəyi istisna olunmur.

CANLI YAYIM