Bekker Avstraliyada Cokoviçi daha şanslı sayır

22 Yanvar, 16:30 Sosial mediada paylaşın:
“Böyük Dəbilqə” seriyalı turnirlərdə 6 dəfə qalib olmuş almaniyalı Boris Bekker Avstraliya açıq tennis turnirinin favoritlərinin imkanlarından danışıb.
Sabiq tennisçi Rafael Nadalla Novak Cokoviçi fərqləndirib: “Rafanın çempion olmaq şansı yüksəkdir. O, İspaniya millisinə Devis Kubokunu qazandırmaqla ötən ilə nöqtə qoydu. Elə bu il də ATP turnirinə çox yaxşı başladı. Hərçənd finalda Novaka uduzdu. Amma mənə görə əsas favorit məhz Cokoviçdir. 7 dəfə Melburnu fəth edən serbiyalının bu turnir haqda ancaq xoş təəssüratları var. Mənə elə gəlir ki, Cokoviç yaxşı istirahət edib və Avstraliyaya psixoloji cəhətdən güclü qayıdıb”.