Aqueroya ABŞ-dan təklif var

22 Yanvar, 13:00 Sosial mediada paylaşın:
Növbəti mövsüm MLS-də mübarizə aparacaq Devid Bekhemin sahibi olduğu “İnter Mayami” komandası “Mançester Siti”nin hücumçusu Serxio Aqueronu transfer etmək niyyətindədir.
Böyük Britaniyanın “The Sun” nəşri məlumat yayıb ki, argentinalı futbolçu cəlbedici təklifi dəyərləndirməyin əleyhinə deyil. Aquero mançesterlilərlə müqavilə müddətini yeniləməkdə razılığa gələ bilmir. Bu isə Serxionun Amerikaya yollana bilmə ehtimalını artırır.
Aqueronun bu mövsüm ümumilikdə 22 görüşdə 20 qol vurduğunu və 3 məhsuldar ötürmə etdiyini də qeyd edək.

CANLI YAYIM