Xavyer Ernandes "Sevilya"nı "Los Anceles Qalaksi"yə dəyişib

22 Yanvar, 12:25 Sosial mediada paylaşın:
“Sevilya”nın hücumçusu Xavyer Ernandesin “Los Anceles Qalaksi”yə keçidi rəsmiləşib.
İspaniya klubunun rəsmi saytı Çiçarito kimi tanınan futbolçuya MLS karyerasında uğurlar arzulayıb. Amma 31 yaşlı meksikalının Kaliforniya təmsilçisi ilə müqaviləsinin şərtləri barədə məlumat verilmir. Yalnız bir müddət öncə onun 6,5 milyon avro məvacib alacağı bildirilirdi. Yeri gəlmişkən, Zlatan İbrahimoviç də bu klubda eyni məbləğə çıxış edib. Xavyer Ernandes ötən ilin yayında 7,7 milyon avroya “Vest Hem”dən “Sevilya”ya keçmişdi.
O, Avropa Liqasının qrup mərhələsində Bakıda cərimə zərbəsindən “Qarabağ”ın qapısına qol da vurmuşdu.

CANLI YAYIM