"Real"dan 30 milyon avroluq transfer

21 Yanvar, 16:30 Sosial mediada paylaşın:
“Real” “Flamenqo”nun yarımmüdafiəçisi Reynyeri transfer etdiyini açıqlayıb.
18 yaşlı braziliyalı Madrid klubu ilə 2026-cı ilə qədər müqavilə imzalayıb. İspaniya təmsilçisi gənc futbolçuya görə 30 milyon avro ödəyib. Reynyer gələn ayın ortalarında “Real”ın əvəzedicilərdən ibarət “Kastilya” komandasına qoşulacaq.
Reynyerin ötən il 17 yaşlıların Amerika Kubokunda Braziliya millisinin kapitanı olmasını və 3 qol vuruduğunu da qeyd edək.

CANLI YAYIM