Rednik: “Neftçi"dən başqa, Azərbaycanın istənilən klubunda işləyə bilərəm"

21 Yanvar, 15:30 Sosial mediada paylaşın:
“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mirça Rednik “Sport24.az” portalına müsahibə verib.
Hazırda Rumıniyanın “Politexnika” klubunu çalışdıran 57 yaşlı mütəxəssis lənkəranlı azarkeşlərlə hələ də münasibət saxladığını deyib: “Lənkəranlı azarkeşlərlə əlaqələrim davam edir. Onlar məni sosial şəbəkələrdə - "İnstagram"da, "Facebook"da tapır, məlumat göndərir, məndən xahiş edirlər ki, qayıdım. Mən də istəyərəm bunu. Çünki həm Azərbaycanın, həm də onun gözəl Lənkəran şəhərinin qəlbimdə xüsusi yeri var”.
Rednik daha sonra deyib: “Neftçi"dən başqa, Azərbaycanın istənilən klubunda işləyə bilərəm. Məni düzgün başa düşün, “Neftçi” çempionluq mübarizəsində ən prinsipial rəqibimiz olub. "Xəzər Lənkəran"ın azarkeşlərinə hörmət edirəm və bu səbəbdən yalnız "Neftçi"ni istisna etdim”.

CANLI YAYIM