"Neftçi" Kiyev "Dinamo"suna məğlub olub

21 Yanvar, 13:29 Sosial mediada paylaşın:
Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” daha bir yoxlama görüşündə Kiyev “Dinamo”su ilə üz-üzə gəlib.
Meydana Füzuli Məmmədovun başçılığı ilə çıxan paytaxt klubu fasiləyə 2 top geridə yolanıb, ikinci hissədə isə gücü yalnız fərqi azaltmağa yetib. Qeyd edək ki, ilk sınaq görüşündə Polşanın “LKS Lodz” komandasına 0:4 hesabı ilə uduzan “Neftçi”  Antalyada sonuncu matçını yanvarın 24-də Ukrayna "Desna”sına qarşı keçirəcək.
Hazırlıq oyunu
"Neftçi" - "Dinamo" (Kiyev, Ukrayna) - 1:2 
Vangelis Platellas, 69 - Vadim Mikolenko, 12, Nazari Rusin, 19
“Neftçi” 1.Səlahət Ağayev, 3.Mamadu Mbodj, 6.Vojislav Stankoviç, 7.Namiq Ələsgərov, 8.Emin Mahmudov (k), 9.Baqali Dabo, 11. Vangelis Platellas, 15.Saman Nərimancahan, 18.Tural Axundov, 77.Donald Gerye, 93.Soni Mustivar.
Ehtiyat oyunçular: 12.Kamran İbrahimov, 30.Aqil Məmmədov, 17.Rəhman Hacıyev, 26.Ömər Buludov, 27.Nabi Silla, 33.Turan Vəlizadə, 36.Mamadu Kane, 40.Vüqar Həsənov, 55.İbrahim Əliyev, 56.Elton Əlibəyli, 74.Nazim Bağırov, 75.Nihad Qurbanlı, 80.İsmayıl Zülfüqarlı.

CANLI YAYIM