Stademayr "Makkabi"yə keçə bilər

21 Yanvar, 13:00 Sosial mediada paylaşın:
Təl-Əviv “Makkabi”si vaxtilə MBA-da çıxış edən Amare Stademayrı transfer etmək istəyir.
Bu barədə “Eurohoops” portalı məlumat yayıb. 37 yaşlı amerikalı basketbolçu hazırda Çinin “Futzyan Syunsin” klubunda çıxış edir. O, cari mövsümdə keçirdiyi 11 görüşdə hər oyuna orta hesabla 16,5 xal və 8,3 ribaundla yadda qalıb. Bir müddət əvvəl Amarenin MBA-ya qayıdacağı haqda xəbərlər dolaşırdı.
Dünyanın bir nömrəli basketbol liqasında o, 846 oyun keçirib və sonuncu dəfə meydana 2016-cı ildə çıxıb.