"Neftçi" Bordinlə yollarını ayırıb

19 Yanvar, 01:19 Sosial mediada paylaşın:
"Neftçi" baş məşqçi Roberto Bordini istefaya göndərib.
Klubun rəsmi saytında verilən məlumatı diqqətinizə çatdırırıq": "Neftçi” PFK-nın prezidentinin təqdimatı əsasında əsas komandanın hazırkı durumu Müşahidə Şurasının üzvləri ilə yenidən müzakirəyə təqdim edilib, irad və təkliflər dinlənilib. Sonda komandanın indiki vəziyyəti nəzərə alınaraq, klubun baş məşqçisi Roberto Bordinlə müqaviləyə qarşılıqlı surətdə xitam verilməsi barədə qərar qəbul edilib. Bu qərara əsasən, bu gün baş məşqçi Roberto Bordinlə görüş keçirilib və qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. Əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılıb.
"Neftçi” PFK italiyalı mütəxəssis Roberto Bordinə xidmətlərinə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayır".

CANLI YAYIM