Platini: "İnfantino heç vaxt mənə qayıtmağa imkan verməz"

19 Yanvar, 10:00 Sosial mediada paylaşın:
UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA və Beynəlxalq İdman Arbitraj Məhkəməsini sərt şəkildə tənqid edib.
Fransalı funksioner bu iki qurumun fəaliyyətini mafiya ilə müqayisə edib: “FİFA ilə Beynəlxalq Arbitraj Məhkəməsi mafiya kimi fəaliyyət göstərir. Onlar istədiyini edir. Heç kim onların işinə etiraz edə bilmir. İstədikləri şəxsləri futboldan silə bilərlər. Belə vəziyyətdə məni kənarlaşdırdılar. FİFA prezidenti olmamağım üçün əllərindən gələni etdilər. Mənim diskvalifikasiya müddətim başa çatsa da, bunun FİFA üçün heç bir əhəmiyyəti yoxdur. İnfantino heç vaxt mənə qayıtmağa imkan verməz. Hər şey əla planlaşdırılıb. İşi elə qurdular ki, mənim cəza müddətim FİFA-dakı prezident seçkillərindən sonra başa çatsın.