"Roma" Adnan Yanuzayı heyətinə qatmaq istəyir

19 Yanvar, 09:00 Sosial mediada paylaşın:
“Real Sosyedad”ın yarımmüdafiəçisi Adnan Yanuzay “Roma”ya keçə bilər.
İtaliya mətbuatının məlumatına görə, romalılar 15 milyon avroya transfer hüququna sahib çıxmaq şərti ilə belçikalı futbolçunu icarəyə götürmək istəyir. Məsələ ondadır ki, “canavarlar” bir müddət öncə “Milan”dan Suso, “Liverpul”dan isə Cerdan Şakirini icarəyə götürmək istəyirdi. Onların bu təklifi qəbul olunmayınca, əsas diqqət Yanuzaya yönəlib.
Xatırladaq ki, 24 yaşlı belçikalı yarımmüdafiəçi bu mövsüm la liqada keçirdiyi 11 görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.