Alonso "Dakar"a daha iddialı qayıtmaq istəyir

18 Yanvar, 10:00 Sosial mediada paylaşın:
Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso çıxış etdiyi “Dakar” marafonu haqda fikirlərini bölüşüb.
İspaniyalı pilot gələcəkdə də bu yarışda iştirak edəcəyini istisna etməyib: “Nə vaxtsa yenidən “Dakar”da mübarizə aparsam, daha iddialı çıxış etməyə çalışacağam. Amma indiki məqamda bu haqda fikirləşmək istəmirəm. İlk təcrübəm mükəmməl alındı. Biz rəqabətədavamlı idik. Növbəti dəfə “Dakar”da yarışsam, çempion olmağa çalışacağam. Bu da mənim karyeramın vacib qələbələrindən biri olacaq. Hələ ki, fikirləşməyə vaxtım var. Belə bir uğura nail olmaq üçün isə ciddi hazırlaşmalıyam”.