"Yuventus" Rakitiçə görə Bernardeskini təklif edir

18 Yanvar, 09:00 Sosial mediada paylaşın:
“Yuventus” hələ də İvan Rakitiçdən əl çəkmir.
Hələ ötən yaydan xorvatiyalı futbolçunu “Barselona”dan qoparmaq istəyən Turin klubu növbəti dəfə katalonlara rəsmi təklif göndərmək fikrindədir. Bu barədə “Calciomercato” portalı məlumat yayıb. Mənbənin yazdığına görə, “Yuventus” Rakitiç üçün qarşı tərəfə Federiko Bernardeskini təklif edir. Məsələ ondadır ki, hər iki oyunçu hazırda öz klublarında əsas heyətin üzvləri deyil.
Qeyd edək ki, Rakitiç çari mövsüm la liqada 13, Bernardeski isə A Seriyasında 14 oyun keçirib və onlardan heç biri adını tabloya yazdıra bilməyib.

CANLI YAYIM