Kike Setyenin oğlu Laro: "Əvvəl "Real"a azarkeşlik edirdim, amma sonra Messiyə görə..."

17 Yanvar, 17:30 Sosial mediada paylaşın:
“Barselona”nın yeni baş məşqçisi Kike Setyenin təyinatına münasibətdə növbəti fikir oğlundan gəlib.  
İspaniyanın 3-cü divizionunda çıxış edən “Sant-Andreu”da oynayan Laro bunları deyib: “Dostlarımla birgə idim. Birdən atam mənə zəng edib “Barselona” ilə müqavilə imzaladığını dedi. Onun bu klubu çalışdırmaq arzusunda olduğunu bilirdim, çünki həmişə “Barselona”da işləmək istədiyini söyləyirdi. Amma bu arzunun gerçəkləşəcəyinə inanmazdım. Təsəvvür edirsiniz, atam Messinin baş məşqçisidir. Mən Leonun məşqini canlı izlədim və heyrətləndim. Kiçik yaşlarımda “Real”ın azarkeşi olmuşam, amma Messidən sonra kompüter oyunlarında “Barselona”nı seçməyə başladım. Dünyanın ən yaxşı oyunçularını məşq etdirəcək atama görə çox sevinirəm”.