Fransadakı turnirdə 11 güləşçimiz iştirak edəcək

17 Yanvar, 16:30 Sosial mediada paylaşın:
Yanvarın 18-də Fransanın Nitsa şəhərində olimpiya çempionu Anri Deqlanın xatirəsinə sərbəst və yunan-Roma güləşi üzrə "Qran-pri" turniri başlanır.
Ənənəvi yarışda Azərbaycanın yalnız klassikləri mübarizə aparacaq. Xatırladaq ki, yunan-Roma güləşi üzrə yığma komandamız yanvarın 2-dən Saransk şəhərində təlim-məşq toplanışındadır və güləşçilərimiz Fransaya da Rusiyadan yollanıblar. Heyət isə Murad Məmmədov (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi 72 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti və Beka Kandelakidən (hər ikisi 130 kq) ibarətdfir.

CANLI YAYIM