UEFA 2019-cu ilin rəmzi heyətini açıqlayıb

16 Yanvar, 14:00 Sosial mediada paylaşın:
UEFA 2019-cu ilin rəmzi heyətini açıqlayıb.
Noyabrın 26-dan qurumun rəsmi saytı azarkeşlər arasında belə bir sorğu keçirib ki, futbol fanatları da 50 oyunçu arasında seçim etmək imkanı qazanıb. Belə ki, sayt istifadəçiləri 5 qapıçı, 15 müdafiəçi, 15 yarımmüdafiəçi və 15 hücumçu arasında seçib edib. Nəticələrlə sizi tanış edirik:
Qapıçı: Alison Beker (Liverpul)
Müdafiəçilər: Trent Aleksander-Arnold (Liverpul), Matteys De Liqt (Ayaks/Yuventus), Vircil Van Dayk (Liverpul), Endryu Robertson (Liverpul).
Yarımmüdafiəçilər: Frenki De Yonq (Ayaks/Barselona), Kevin De Bruyne (Mançester Siti)
Hücumçular: Lionel Messi (Barselona), Kriştiano Ronaldo (Yuventus), Robert Levandovski (Bavariya), Sadio Mane (Liverpul)