Konte: "İnter"in transferlər üçün böyük pullar xərcləməyə imkanı yoxdur"

16 Yanvar, 13:00 Sosial mediada paylaşın:
“İnter”in baş məşqçisi Antonio Konte komandasının transfer fəaliyyətindən danışıb.
İtaliyalı mütəxəssis Milan klubunun böyük məbləğə futbolçu ala bilməyəcəyini söyləyib: “Bizim çox pulumuz yoxdur. Rəhbərlik bu məsələ ilə bağlı artıq öz mövqeyini ortaya qoyub. Biz mümkün qədər vəziyyətdən çıxmağa çalışacağıq. Əks halda, işimiz çətin olacaq. Əlbəttə, öz variantlarımız var. İmkan yarandıqca, bundan istifadə etməyə çalışacağıq. Pulun yoxdursa, deməli işini ağılla görməlisən”.
Xatırladaq ki, “İnter” qış “transfer pəncərəsi”ndə “Tottenhem”dən Kristian Eriksen, “Çelsi”dən Olivye Jiru və “Mançester Yunayted”dən Eşli Yanqı transfer etməyi planlaşdırır.

CANLI YAYIM