Səudiyyə Ərəbistanı 2021-ci ildə Formula 1-də debüt edə bilər

15 Yanvar, 11:00 Sosial mediada paylaşın:
2021-ci ildə Səudiyyə Ərəbistanı Formula 1 Qran-prisinə ev sahibliyi edə bilər.
Əslində, bu ölkənin “Kral avtoyarışları”nda debütü gözlənilən idi. Sadəcə, krallığın nə vaxt buna hazır olacağı maraq doğururdu. Böyük Britaniyanın “Daily Mail” nəşrinin məlumatına görə, artıq növbəti il bu plan baş tuta bilər. Artıq yarışın təşkilatçıları Kral ailəsinə məxsus “Aramco” neft şirkəti ilə sponsorluq müqaviləsi imzalamağa yaxındır. Təşkilatçılar yüksək səviyyədə yarış keçirmək üçün ilə 50 milyon funt-sterlinq xərcləməyə hazırdır. Qran-prinin isə Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilməsi planlaşdırılır.
Xatırladaq ki, bu ildən Vyetnam və Niderland Qran-priləri də təqvimə əlavə edilib.

CANLI YAYIM