Məhəmməd Sissoko karyerasını başa vurub

14 Yanvar, 17:00 Sosial mediada paylaşın:
“Liverpul”un və “Yuventus”un sabiq futbolçusu Məhəmməd Sissoko karyerasını başa vurub.
34 yaşlı yarımmüdafiəçi Fransa mətbuatına açıqlamasında belə qərar verməyə məcbur olduğunu söyləyib. Karyerası ərzində “Liverpul, “Yuventus”, PSJ kimi klublarda çıxış edən Sissoko son olaraq Liqa 2-də mübarizə aparan “Soşo”nun şərəfini qoruyurdu. O, hətta Çin, Hindistan, İndoneziya, Meksika və Honqkonq çempionatlarında da oynayıb. 
2019-cu ilin iyulundan işsiz olan keçmiş yarımmüdafiəçi Mali millisinin heyətində 34 oyun keçirib.

CANLI YAYIM