Joze Mourinyo: "Mançester Siti" və "Liverpul"a paxıllıq etmirəm"

14 Yanvar, 15:00 Sosial mediada paylaşın:
Joze Mourinyo “Tottenhem”i premyer liqanın aparıcı klubları ilə müqayisə etməyin əleyhinə olduğunu söyləyib.
 “Sky Sports” telekanalına açıqlama verən London klubunun baş məşqçisi dolayı yolla heyətlə bağlı problem yaşadığını etiraf edib: “Bizim çempionatın bəzi aparıcı komandaları kimi heyətimiz yoxdur. Məsələn, mən “Mançester Siti”nin son oyununu izlədim, onların ehtiyat oyunçularına baxın - Sterlinq, Bernardu Silva, İlkay Gündoğan, Otamendi və s. Nə demək istədiyimi anlayırsınız? “Liverpul”un da əsas heyət və ehtiyat oyunçularını nəzərdən keçirəndə oxşar mənzərənin şahidi olursan. Hələ nəzərə alaq ki, Matip, Lovren, Keyta, Fabinyo zədəlidir. Yox, mən onlara paxıllıq etmirəm. Əslində, mənim də yaxşı komandam var, amma onların səviyyəsi fərqlidir”.

CANLI YAYIM