Nigeriyalı milyarder 2021-ci ildə "Arsenal"ın sahibinə çevrilə bilər

14 Yanvar, 14:00 Sosial mediada paylaşın:
Afrikanın ən varlı şəxsi Aliko Danqote 2021-ci ildə “Arsenal”ın sahibinə çevrilmək istəyir.
İngiltərə mətbuatının yazdığına görə, 62 yaşlı nigeriyalı uzun illərdir ki, “Arsenal”ın fanatıdır. O, dəfələrlə mətbuata açıqlamasında nə vaxtsa bu kluba sahib çıxmaq istədiyini söyləyib. Bu günlərdə Danqote növbəti dəfə London klubu ilə bağlı planlarından danışıb: “Mən “Arsenal”ın sahibinə çevrilmək istəyirəm. Amma indi 20 milyard avro dəyərində başqa layihələr üzərində işləyirəm və diqqətimi məhz ora yönəltmişəm. 2021-ci ildə bu layihələrimin müddəti başa çatacaq və məhz ondan sonra “Arsenal” haqda fikirləşə bilərəm".

CANLI YAYIM