Əfran İsmayılov: "Prosineçki “Kayserispor”da oynamaq istəyib-istəməməyimlə bağlı fikrimi soruşub"

14 Yanvar, 12:00 Sosial mediada paylaşın:
Son günlər adı “Kayserispor”la yanaşı çəkilən Əfran İsmayılov yayılan xəbərlərə münasibət bildirib.
Azerisport.com saytına açıqlama verən “Keşlə”nin 31 yaşlı futbolçusu məlumatı təsdiqləyib: “Bəli, deyilənlər həqiqətdir. Mən Robert Prosineçki ilə tez-tez danışıram. O, məndən “Kayserispor”da oynamaq istəyib-istəməməyimlə bağlı fikrimi soruşub. Amma hələ ki, konkret heç nə yoxdur. Həm də ki, indiki məqamda bundan danışmaq mənasızdır. Konkret təklif olsa, nəyisə müzakirə edə bilərik. Görək, nə olacaq?! Hələ ki, bütün diqqətimi “Keşlə”nin məşqlərinə yönəltmişəm”.

CANLI YAYIM