Federer Avstraliyada özünü favorit görmür

14 Yanvar, 11:00 Sosial mediada paylaşın:
“Böyük Dəbilqə” seriyalı turnirin 20 qat qalibi Rocer Federer Avstraliya Açıq tennis turnirinin favoriti olmadığını söyləyib.
“Sky Sports” telekanalına müsahibə verən isveçrəli raketka ustası bunu yaşı ilə əlaqələndirib: “Mövsümlərarası fasilə dönəmində çox məşq etmişəm. Hansısa bir problemlə də üzləşməmişəm. Çox götür-qoy etdikdən sonra Avstraliya Açıq tennis turnirində iştirak etmək üçün Melburna gedəcəyimə qərar verdim. Yaxşı başa düşürəm ki, 38 yaşım olduğuna görə bu turnirin favoriti olmayacağam. Yəqin ki, 20 yaşlılar əsas iddiaçılardan sayılacaq. Amma mənimlə yanaşı, Nadalla Cokoviçin də adı favorit kimi çəkilir. Novakla Rafa hazırda çox yaxşı çıxış edir. Zədəli olmayanda onlara qarşı mübarizə aparmaq çətin olur”.

CANLI YAYIM