Neymar həm Amerika Kuboku, həm də Olimpiadada iştirak etmək istəyir

14 Yanvar, 10:00 Sosial mediada paylaşın:
PSG-nin hücumçusu Neymar bu yay Amerika Kuboku və Olimpiadada Braziliya millisinin heyətində çıxış etmək istədiyini söyləyib.
“Marca”ya müsahibə verən braziliyalı futbolçu bunları deyib: “Bu yay həm Amerika Kuboku, həm də Olimpiadada Braziliya millisinə kömək etmək istəyirəm. Hərçənd, bunun çətin olacağını da yaxşı anlayıram. Əslində, 2016-cı ildə də bu iki turnirdə də oynamaq istəyirdim, amma “Barselona” mənə icazə vermədi. Ona görə də, indi PSG rəhbərliyi ilə bu məsələni müzakirə etmək istəyirəm”.
Xatlrladaq ki, bu yay Amerika Kuboku iyunun 12-dən iyulun 12-nə qədər Kolumbiyada keçiriləcək. Olimpiada isə iyulun 22-dən avqustun 8-nə qədər Tokioda baş tutacaq. Cari mövsüm Neymar Fransa çempionatında keçirdiyi 11 oyunda 10 qol vurub.

CANLI YAYIM