Valverdeni Kike Setyen əvəz edəcək

14 Yanvar, 09:00 Sosial mediada paylaşın:
“Barselona” rəhbərliyi Ernesto Valverdeyə onu istefaya göndərəcəkləri ilə bağlı məlumat verib.
Bu barədə Kataloniya radiosu məlumat yayıb. “El Mundo Deportivo” nəşrinin məlumatına görə isə “Barselona”nın prezidenti Xosep Bartomeu klubun bazasına gələrək baş məşqçi ilə görüşüb. Xatırladaq ki, bir müddət öncə “Barselona” rəsmiləri Qətərə yollanıb və “Əl Sədd”in baş məşqçisi Xavi ilə görüşərək onu kluba dəvət edib. Amma “Barselona” tarixinin ən çox oyun keçirən futbolçusu yaya qədər Qətəri tərk etmək istəmədiyini söyləyib. Elə buna görə də, Kataloniya klubu Ronald Kuman və Maurisio Poçettino ilə də əlaqə yaradıb. Amma onlar da “Barselona” rəhbərliyinin təklifini rədd edib. 
Bu arada,  "Barselona" rəhbərliyi  Kike Setyeni kluba baş məşqçi təyin edib. 62 yaşlı mütəxəssisin son iş yerinin "Betis" olduğunu da xatırladaq.

CANLI YAYIM