Türkiyə voleybol millisi Olimpiadaya vəsiqə qazanıb

13 Yanvar, 14:27 Sosial mediada paylaşın:
Türkiyənin qadın voleybolçulardan ibarət milli komandası Tokio-2020 Yay Olimpiya Oyunlarına vəsiqə əldə edib.
“Ay-ulduzlular” Niderlandda keçirilən Avropa Olimpiya Təsnifat turnirinin qalib olmaqla bu şansı qazanıb. Covanni Quidettinin yetirmələri final görüşündə  Almaniya millisini 3:0 (25:17, 25:19, 25:22) hesabı ilə məğlub edib.
Xatırladaq ki, milli komandamız da bu turnirdə çıxış edirdi. Amma Vasif Talıbovun yetirmələri qrup mərhələsində hər 3 oyunda məğlub olaraq Olimpiadaya vəsiqə şansını itirib.

CANLI YAYIM