Şenol Günəş: "Yenidən Azərbaycana getmək istəyirəm"

13 Yanvar, 12:51 Sosial mediada paylaşın:
Türkiyə millisinin baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsindəki rəqibləri barədə növbəti dəfə fikir bildirib.
Təcrübəli mütəxəssis həmin oyunlara hazırlıq məqsədilə yenidən Bakıya səfər etmək istədiyini açıqlayıb:“İtaliya ev sahibidir və çox güclü bir komandadı. Onların oyun üslubunu poza biləcək bir taktika ilə oynamaq istəyirik. Ölkəmizi tanıtmaq baxımından bu bizim üçün gözəl bir imkan  olacaq. Bəlkə də Uels 4-cü səbətdən qismətimizə düşəcək  ən güclü komanda idi. Bu qrupda istənilən nəticə qeydə alına bilər. Qrup birincisi olmaq istəyirik, amma önəmli olan növbəti mərhələyə vəsiqə qazanmaqdır. . 1/4 finala, yarımfinala yüksəlmək hamımızın arzusudur. Bu turnirdə qazanacağımız təcrübəni DÇ-də də tətbiq etməliyik".
Şenol Günəş hazırlıq planlarından da danışıb: "Sloveniya və Avstriyada oynayacağıq. Yay proqramını isə may ayı üçün planlaşdırırıq. Azərbaycan, Xorvatiya və İrlandiya ilə üz-üzə gələcəyik. Uelsə qarşı keçirəcəyimiz ikinci oyunda qalib gəlsək, qrupdan çıxacağımızı düşünürəm. Öncə İtaliyaya gedib, sonra Azərbaycana uçmağımızın bizə necə təsir edəcəyini deyə bilmərəm. UEFA rəsmiləri ilə söhbətlərimdə onlar “sizin qismətinizə Bakı çıxa bilər” deyirdi. Orada stadion dolacaq, əsl bayam ab-havası yaşanacaq. 62 min nəfərlik arenada 50 min azarkeşimiz olacaq. İlkin hazırlıqlar üçün Azərbaycana bir daha getmək istəyirəm”.

CANLI YAYIM