"Real" 11-ci Superkubokunu qazandı

13 Yanvar, 02:23 Sosial mediada paylaşın:
İspaniya Superkubokunun finalında “Real” “Atletiko”nu penaltilərlə məğlub edərək 2020-ci ildə ilk titulunu qazanıb.
Səudiyyə Ərəbistanının Ciddə şəhərinin “Kinq Abdulla Sports Siti” arenasında keçirilən görüşdə əsas və əlavə vaxtda hesab açılmayıb. Penalti seriyasında isə Zinəddin Zidanın komandası 4:1 hesabı ilə qalib gəlib. Belə ki, “Atletiko”nun heyətində Saul Nyiqes və Tomas Parti hədəfi dəqiq nişan ala bilməyib.
Beləliklə də, “Real” tarixində 11-ci dəfə İspaniya Superkubokunun qalibi olub. Madridlilər bu göstəricidə yalnız 13 qələbəsi olan “Barselona”dan geri qalır.