"Çelsi" 16 yaşlı norveçli hücumçu transfer edib

13 Yanvar, 11:00 Sosial mediada paylaşın:
“Çelsi” Norveçin “Tromsö” klubunun 16 yaşlı hücumçusu Brayan Fyabemanı transfer edib.
Bu barədə ilk olaraq London klubunun rəsmi “Twitter” səhifəsi məlumat yayıb. Qeyd edək ki, Fyabema Frenk Lempardın “Çelsi”ni çalışdırdığı müddətdə klubun transfer etdiyi ilk oyunçu olub. Ötən yay FİFA-nın tətbiq etdiyi transfer qadağasına görə “zadəganlar” heç bir oyunçunu transfer edə bilməmişdi. Amma londonluların appelyasiya şikayəti nəticəsində, bu qadağa ötən ilin dekabrında ləğv olunub.
Onu da xatırladaq ki, Fiabema “Tromsö”nün heyətində cəmi 1 rəsmi oyuna çıxmışdı. O, Norveçin 17 yaşlılardan ibarət millisində keçirdiyi 3 oyunda 3 qol vurub.