Suares 4 ay meydana çıxa bilməyəcək

13 Yanvar, 10:00 Sosial mediada paylaşın:
“Barselona”nın hücumçusu Luis Suares dizindən əməliyyat olunub.
İspaniyanın “El Mundo Deportivo” nəşrinin məlumatına görə, uruqvaylı forvard 4 ay meydana çıxa bilməyəcək. Məsələ ondadır ki, Luis ötən mövsümün sonlarında da dizindən əməliyyat olunmuş, amma bu, müsbətə doğru dəyişikliyə gətirib çıxarmamışdı. Xatırladaq ki, cari mövsüm 32 yaşlı forvard İspaniya çempionatında keçirdiyi 17 oyunda 11 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya mətbuatının yazdığına görə, hücumda mümkün problemləri nəzərə alan “Barselona” artıq hücumçu axtarışına çıxıb.

CANLI YAYIM