"Tottenhem" Jersonu transfer etməyi planlaşdırır

13 Yanvar, 09:00 Sosial mediada paylaşın:
“Tottenhem” “Flamenqo”nun yarımmüdafiəçisi Jersonu transfer etmək istəyir.
Bu barədə Braziliyanın “O Globo” nəşri məlumat yayıb. Mənbənin məlumatına görə, artıq London klubu rəsmi olaraq “Flamenqo”ya təklif göndərib. Braziliyalılar isə qarşı tərəfə Jersonu 30 milyon avroya satmağa hazır olduqlarını bildirib. Xatırladaq ki, 22 yaşlı yarımmüdafiəçi “Fluminense” yetirməsidir. O, ötən il 11,8 milyon avroya “Roma”dan bu kluba transfer olunmuşdu.
Jerson cari mövsüm Braziliya çempionatında keçirdiyi 27 oyunda 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Flamenqo” ilə müqavilə müddəti 2023-cü ilin dekabrın 31-də başa çatır.

CANLI YAYIM