Asmir Beqoviç "Milan"a keçməyə yaxındır

12 Yanvar, 08:00 Sosial mediada paylaşın:
Yaxın günlərdə “Aston Villa”ya keçəcək Pepe Reynanın əvəzinə “Milan” qapıçı problemini həll etmək üzrədir.
“Calciomercato” portalının məlumatına görə, Lombardiya təmsilçisi “Bornmut”un qapıçısı Asmir Beqoviçi transfer etməyə yaxındır. Xatırladaq ki, bosniyalı qapıçı mövsümün ilk dövrəsində “Qarabağ”ın şərəfini qorumuşdu. Beqoviçin 2005-ci ildən İngiltərədə çıxış etdiyini də nəzərinizə çatdıraq.
32 yaşlı qapıçı bu müddət ərzində “Bornmut”la yanaşı “Portsmut”, “Stok Siti” və “Çelsi”nin də formasını geyinib.

CANLI YAYIM