"Napoli" Dieqo Demmeni transfer edib

12 Yanvar, 07:00 Sosial mediada paylaşın:
“Napoli” “Leyptsiq”in yarımmüdafiəçisi Dieqo Demmeni transfer edib.
Bu barədə Neapol klubunun rəsmi saytında məlumat yayılıb. Amma 28 yaşlı yarımmüdafiəçi ilə müqavilənin şərtləri ilə bağlı ictiaiyyətə heç bir məlumat verilməyib. Bir müddət öncə isə, İtaliya mətbuatında Demmeyə görə “Napoli”nin “Leyptsiq”ə 12 milyon avro ödəyəcəyi haqda xəbərlər dolaşırdı.
Xatırladaq ki, bu mövsüm almaniyalı yarımmüdafiəçi bütün turnirlər də nəzərə alınmaqla bundesliqa təmsilçisinin heyətində 24 görüş keçirib və yalnız 1 qol vurub. 2013-cü ildən “Leyptsiq”də çıxış edən Demme buna qədər “Arminya” və “Padeborn” klublarının şərəfini qoruyub.

CANLI YAYIM