"Yuventus" Dibalaya yeni müqavilə təklif edəcək

11 Yanvar, 00:45 Sosial mediada paylaşın:
“Yuventus” Paulo Dibala ilə müqavilə müddətini yeniləmək istəyir.
İtaliya mətbuatının məlumatına görə, yaxın həftələrdə turinlilər argentinalı forvardla danışıqlara başlayacaq. Maraqlıdır ki, ötən yay “Yuventus” rəhbərliyi Dibalanı satmaq haqda fikirləşirdi. Hətta o, “Mançester Yunayted”ə keçməyə də yaxın idi. Ancaq Mauritsio Sarri “Yuve”nin baş məşqçisi olandan sonra Dibalaya güvənməyə başladı.
Argentinalı hücumçunun “Yuventus”la müqavilə müddəti isə 2022-ci ildə başa çatacaq. Paolo hazırda Turin klubunda ilə 7 milyon avro məvacib alır. Dibala yeni müqaviləyə imza atsa, ilə 10 milyon avro qazanacaq.

CANLI YAYIM