Cenk Tosun "Kristal Pelas"a keçib

11 Yanvar, 00:30 Sosial mediada paylaşın:
“Everton”un hücumçusu Cenk Tosun icarə əsasında “Kristal Pelas”a keçib.
Bu barədə London klubunun rəsmi saytı məlumat verib. Yaya qədər “Kristal Pelas”da oynayacaq 28 yaşlı türkiyəli hücumçunun növbəti mövsümdə bu klubda qalıb-qalmayacağı haqda heç bir məlumat verilmir. Qeyd edək ki, Cenk peşəkar karyerasına 2008-ci ildə “Ayntraxt”da başlayıb. 2011-ci ildə türkiyəli forvard “Qaziantepspor”a yollanıb və daha sonra isə “Beşiktaş”a keçib. O, 2018-ci ildə 22,5 milyon avroya İstanbul klubundan “Evertona”a transfer olunub.
Cenk bu mövsüm “Liverpul” klubunun heyətində keçirdiyi 5 oyunda cəmi 1 qol vurub.
 

CANLI YAYIM