Valverde yayda "Barselona"dan gedəcək

11 Yanvar, 00:05 Sosial mediada paylaşın:
Ernesto Valverde mövsümün sonunda “Barselona”dan ayrılacaq.
Bu barədə ispaniyalı jurnalist Qonsalo Miro məlumat verib. Miro etibarlı mənbələrdən aldığı məlumata istinad edərək Valverdenin artıq rəhbərliklə görüşdüyünü və iyun ayında komandadan getməsi ilə bağlı razılılq əldə etdiyini yazıb. Xatırladaq ki, baskoniyalı mütəxəssis 2017-ci ilin yayından “Barselona”ya rəhbərlik edir. Onun başçılığı altında katalonlar iki dəfə İspaniya çempionu olubsa, bir dəfə ölkə kuboku və superkubokunu başı üzərinə qaldırıb.
“Barselona”ya qədər onun “Atletik”, “Espanyol”, “Olimpiakos”, “Vilyarreal” və “Valensiya”nın da baş məşqçisi olduğunu xatırladaq.

CANLI YAYIM