Babel "Qalatasaray"ı "Ayaks"a dəyişdi

10 Yanvar, 13:58 Sosial mediada paylaşın:
Rayan Babel “Qalatasaray”dan ayrılıb.
Son vaxtlar İstanbul klubunda məvacibinin vaxtında verilməməsindən şikayətlənən 33 yaşlı niderlandlı hücumçu karyerasını “Ayaks”da davam etdirəcək. Ötən gün Amsterdama yola düşən Babelin yaya qədər “Ayaks”la müqavilə imzalayacağı söylənilir.
Bu mövsüm Super Liqada 15 oyunda 5 qol vuran Babelin “Qalatasaray”la müqavilə müddəti 2022-ci ilin yayında başa çatacaqdı. O, mövsümün əvvəlində İngiltərənin “Fulhem” klubundan transfer olunmuşdu.

CANLI YAYIM