Polina Rəhimova millidə karyerasını bitirdiyini açıqlayıb

10 Yanvar, 12:07 Sosial mediada paylaşın:
Polina Rəhimova növbəti turnirlərdə  Azərbaycan millisinin şərəfini qorumayacaq. 29 yaşlı voleybolçu Avropa Voleybol Konfedrasiyasının rəsmi saytına açıqlamasında millidə karyerasını bitirdiyini açıqlayıb: "Tokio olimpiadasından kənarda qaldıq. Növbəti oyun üçün hələ də həyəcanlıyam. Bu, millidə son oyunum olacaq".
Xatırladaq ki, millimiz Niderlandın Apeldorn şəhərində keçirilən Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində mübarizə aparır. A qrupunda yer alan komandamız Niderland millisinə 0:3, Bolqarıstan seçməsinə isə 1:3 hesabı ilə məğlub olub. Bununla da Vasif Talıbovun yetirmələrinin qrupda sonuncu yeri tutacağı dəqiqləşib. Yanvarın 11-də Polşa ilə keçirəcəyi son tur matçının nəticəsindən asılı olmayaraq, Azərbaycan millisi olimpiadaya lisenziya şansını itirib. 
Xatırladaq ki, Polina Rəhimova 2007-ci ildən Azərbaycan millisinin şərəfini qoruyur.  

CANLI YAYIM