Jiru "İnter"ə keçməyə yaxındır

10 Yanvar, 11:46 Sosial mediada paylaşın:
“Çelsi”nin hücumçusu Olivye Jiru karyerasını “İnter”də davam etdirməyə yaxındır. İtaliya mətbuatının yazdığına görə, artıq fransalı futbolçu Milan klubu ilə müqavilənin şərtlərini razılaşdırıb.
Fransa millisinin hücumçusu artıq bu  ay “İnter”in oyunçusuna çevrilə bilər. İtaliya mənbələrinin yazdığına görə, “Çelsi” Jirunun keçidinə mane olsa, Olivyenin yayda azad agent statusu əldə etdikdən sonra başqa klubların təklifini də dəyərləndirməsi mümkündür. İndiki məqamda isə, məhz “İnter” “Çelsi”yə təklif göndərib. Hazırda London və Milan klubları fransalı hücumçunun transfer qiymətyini müzakirə edir. “Çelsi” Jiruya görə “İnter”dən 10 milyon avro tələb edirsə, italyanlar 5 milyon avrodan  artıq xərcləmək istəmir.