"Atletiko" "Barsa"nı finala çıxmağa qoymadı

10 Yanvar, 03:00 Sosial mediada paylaşın:
Səudiyyə Ərəbistanının Ciddə şəhərində İspaniya Superkubokunun ikinci yarımfinal görüşü keçirilib. “Kinq Abdulla Sports Siti” arenasında “Barselona” ilə “Atletiko” qarşılaşıb.
Oyunun ilk hissəsində qapılara qol vurulmasa da, fasilədən dərhal sonra “Atletiko”nun yarımmüdafiəçisi Koke hesabı açıb. 5 dəqiqə sonra “Barselona”nın forvardı Lionel Messi tabloda tarazlığı bərpa edib. 62-ci dəqiqədə Antuan Qrizmann sabiq komandasının qapısına yol taparaq katalonları hesabda önə çıxarıb. Amma ruhdan düşməyən madridlilər matçın sonlarında Alvaro Morata (penalti) və Anxel Korreanın qolları ilə vəziyyəti öz xeyrinə dəyişə bilib.
Beləliklə də yanvarın 12-də keçiriləcək final görüşündə “Atletiko” “Real”la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

CANLI YAYIM