Voleybol millimiz Olimpiadaya lisenziya şansını itirib

10 Yanvar, 01:37 Sosial mediada paylaşın:
Niderlandın Apeldorn şəhərində Olimpiadaya lisenziya xarakterli qadınlar arasında voleybol turnirinin ikinci turunun oyunları keçirilib.
İlk turda meydan sahibi Niderland seçməsinə 0:3 hesabı ilə məğlub olan millimiz bu dəfə Bolqarıstan yığması ilə bacarmayıb – 1:3. Maraqlıdır ki, millimizlə oyuna qədər bolqarlar Tokio 2020-yə vəsiqə şansını itirmişdi. Amma Vasif Talıbovun komandası heç bir iddiası olanayan şərqi avropalılarlarla bacarmadığına görə Olimpiadaya vəsiqə qazanmaq imkanından məhrum olub.
Son turda millimiz Polşa seçməsi ilə formal xarakterli görüşə çıxacaq.