AFFA-nın növbədənkənar konfransı bu gün nəhayət baş tutub

8 Yanvar, 17:19 Sosial mediada paylaşın:
Bu gün AFFA-nın növbədənkənar konfransı keçirildi. Daha sonra İcraiyyə Komitəsinin iclası təşkil edildi. Növbəti konfrans yanvarın 28-də baş tutacaq. İclasda milli komandanın baş məşqçi məsələsi də müzakirə olundu. Həmin vaxtadək namizədlər siyahısı İcraiyyə Komitəsinin yeni üzvlərinə təqdim ediləcək. Bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov yanvarın 8-də təşkil olunan mətbuat konfransında deyib. İlk növbədə, AFFA-nın Nizamnaməsinin təkmilləşdirilməsinə çalışdıqlarını vurğulayan baş katib bildirib ki, əvvəlki Nizamnamədə nəzərdə tutulan bir sıra komitələr ləğv edildi. Ehtiyac olarsa, İcraiyyə Komitəsi yenilərini yaradacaq. Həmçinin İcraiyyə Komitəsinin üzvlərinin sayı 11-dən 13-dək artırılacaq. Bu praktika beynəlxalq futbol qurumlarında da tətbiq edilib. Belə olan halda vitse-prezidentlərin sayını da artırmağa zərurət duyulur. Birinci vitse-prezident postu ləğv edildi. İcraçı vitse-prezident və üç vitse-prezident vəzifəsi tətbiq olunacaq. Baş katib də vəzifəsini icra edəcək. “Danışılmış oyunlarla bağlı məsələlərlə əlaqədar digər idman növlərinin nümayəndələri də saxlanılıb. Təəssüf ki, onlar futbol oyunlarına müdaxilə edərək danışıqlar aparıblar. Hazırda bununla bağlı hüquq-mühafizə orqanları ilə birgə iş aparılır, milli komandanın üzvlərinin, klubların nümayəndələrinin və digər şəxslərin ifadələri alınır”, - deyə E.Məmmədov bildirib.