AFFA milliyə namizədlərin adlarını açıqlayacaq

8 Yanvar, 16:19 Sosial mediada paylaşın:
Bu gün “Bulvar oteldə” AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 
Yanvarın 28-də AFFA-nın növbəti Konfransının keçirilməsi qərara alınıb.
AFFA-nım yaydığı məlumata görə, həmin vaxta qədər isə Azərbaycan millisinin baş məşqçisi vəzifəsinə namizədlər müəyyənləşdiriləcək və yanvarın 28-dəki növbəti Konfransdan sonra İcraiyyə Komitəsinin ilk iclasında siyahı təqdim olunacaq.
 Qeyd edək ki, AFFA Avro-2020-nin seçmə mərhələsində millimizə başçılıq edən Nikola Yurçeviçlə ötən ilin sonunda yollarını ayırıb.

CANLI YAYIM