Sadio Mane 2019-cu ildə Afrikanın ən yaxşı futbolçusu seçilib

8 Yanvar, 10:05 Sosial mediada paylaşın:
Afrika qitəsinin 2019-cu ildə ən yaxşı futbolçusu müəyyənləşib.  Seneqal millisinin və İngiltərənin "Liverpul" klubunun 27 yaşlı hücumçusu Sadio Mane ötən ilin ən yaxşı futbolçusu seçilib. O, karyerasında ilk dəfə bu ada layiq görülüb. Hücumçu məşqçilər və federasiya nümayəndələri arasında aparılan səsvermədə Məhəmməd Salahı ("Liverpul", Misir) və Riyad Mahrezi ("Mançester Siti", Əlcəzair) qabaqlayıb. Mane ötən mövsüm "Liverpul"la Çempionlar Liqasının qalibi olub. Xatırladaq ki, son iki ildə "Liverpul"un futbolçusu Məhəmməd Salah Afrikanın ən yaxşı futbolçusu seçilib.

CANLI YAYIM