Oliver Kan "Bavariya"ya qayıtdı

8 Yanvar, 09:07 Sosial mediada paylaşın:
"Bavariya"nın əfsanəvi qapıçısı Oliver Kan sabiq klubuna qayıdıb.
Klubun saytı xəbər verir ki, 50 yaşlı sabiq qolkiper Münhen təmsilçisinin idarə heyətinə üzv təyin edilib.
 O, qarşıdakı iki il ərzində idarə heyətinin sədri Karl-Hayns Rummeniggeyə kömək edəcək. Gələn il dekabrın 31-də  Rummeniggenin müqavilə müddəti başa çatdıqdan sonra isə  məhz Kan İdarə Heyətinin sədri olacaq.
Qeyd edək ki, Oliver Kan 1994-2008-ci illərdə "Bavariya"da oynayıb.

CANLI YAYIM