“Qəbələ” “Sumqayıt”dan ayrılan yarımmüdafiəçi ilə müqavilə imzalayıb

7 Yanvar, 17:35 Sosial mediada paylaşın:
Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ikinci yarısına hazırlıqlarını davam etdirən “Qəbələ” ilk qış transferini rəsmiləşdirib. Məlumata görə, “qırmızı-qaralar” “Sumqayıt”dan ayrılan Ehtiram Şahverdiyevi heyətinə qatıb.  23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra sabiq komandasına qayıdıb.   Qeyd edək ki, 2015/16 mövsümündə “Qəbələ”də 2 matç keçirən E.Şahverdiyev 2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyub.

CANLI YAYIM