Millimiz Niderlanda qarşı

7 Yanvar, 11:38 Sosial mediada paylaşın:
Bu gün qadın voleybolçular arasında Avropa Olimpiya Təsnifat Turnirinə start veriləcək.
Tokio-2020 Yay Olimpiya Oyunlarında Avropanı təmsil edəcək sonuncu komanda adına namizəd olan 8 yığma lisenziyanın sahibini müəyyənləşdirəcək.
Niderlandın Apeldorn şəhərində təşkil olunacaq yarışda Azərbaycan yığması da mübarizə aparacaq.
A qrupunda yer alan voleybolçularımız ilk sınağını bu gün verəcək. Yeni baş məşqçi Vasif Talıbovun rəhbərliyi altında debüt görüşü bu gün ev sahibi Niderlanda qarşı olacaq.
7 yanvar
22:30. Azərbaycan - NiderlandApeldorn (Niderland), "Omnisport" salonu
Azərbaycan millisinin heyəti: 14. Kristina Yaqubova, 18. Şəfaqət Alışanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 8. Yelizaveta Səmədova, 10. Nikalina Başnakova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 16. Yuliya Kərimova, 19. Bəyaz Alıyeva.