İtaliya yığmasının və “Roma”nın sabiq futbolçusu karyerasını başa vurub

7 Yanvar, 10:30 Sosial mediada paylaşın:
36 yaşlı yarımmüdafiəçi bu qərarını xüsusi mətbuat konfransında açıqlayıb.
18 il - 2001-2019-cu illərdə “Roma”nın şərəfini qorumuş Daniele 616 oyuna 63 qol vurub. Ötən ilin iyul ayında Argentinanın “Boka Xuniors” klubu ilə müqavilə bağlayan futbolçu, zədə səbəbindən cəmi 6 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, De Rossi “Roma” ilə 2 dəfə İtaliya kubokunun, bir dəfə İtaliya superkubokunun qalibi olub. 2006-cı ildə isə o, İtaliya yığmasının heyətində dünya çempionatının qalibi olub.